Türkiyədə təhsil alan azərbaycanlı hərbçilər üçün ayrılan yerlərin artırılması müzakirə olunub

 17-05-2023

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin əməkdaşları Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Jandarma və Sahil Mühafizəsi Akademiyasının idarə heyəti və Akademiyada təhsil alan azərbaycanlı hərbi qulluqçularla görüşüb.

Səfirlikdən verilən xəbərə görə, Jandarma və Sahil Mühafizəsi Akademiyasının rəisi general-leytenant Nuh Köroğlu və Akademiyanın İdarə heyəti ilə keçirilən görüş zamanı Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasındakı hərbi təhsil sahəsində əməkdaşlıq, mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi və bu istiqamətdə lazım olan işlərin görülməsi, azərbaycanlı hərbi qulluqçular üçün ayrılmış yerlərin sayının artırılması və digər mövzularda fikir mübadiləsi aparılıb.

Bundan əlavə, son günlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, eləcə də Azərbaycan-Ermənistan şərti sərhədində baş verən gərginlik, Azərbaycan ərazilərində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarı, talan edilməsi və ermənilərin regionda sabitliyi pozması istiqamətində atdığı addımlar Akademiyanın idarə heyətinin diqqətinə çatdırılıb.

Daha sonra Jandarma və Sahil Mühafizəsi Akademiyasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları ilə görüş keçirilib, kursantlar üçün yaradılmış şəraitlə yaxından tanış olunaraq onların nizam-intizamı, imtahan nəticələri barədə söhbətlər aparılın və müraciətləri dinlənilib. Hərbi attaşe tərəfindən Akadmiyada təhsil alan hərbi qulluqçulara bir daha onların üzərinə düşən məsuliyyət xatırladılıb, onların vətənpərvər, peşəkar və intizamlı zabit kimi formalaşmalarında müvafiq tövsiyələr verilib.

Bənzər yazılar

0.43821907043457