Hacıqabulda qadının törətdiyi qəza qızının ölümünə səbəb oldu

 12-05-2023

Hacıqabulda yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı sakini, 1983-cü il təvəllüdlü Əliyeva Vəfa Fərhad qızının idarə etdiyi “Hyundai” markalı avtomobil TIR-la toqquşub və dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücünün qızı - Bakı sakini, 2007-ci il təvəllüdlü Əliyeva Ayla Osman qızı hadisə yerində ölüb. Xəsarət alan V. Əliyeva Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.43579316139221