Pensiya artımları üçün ayrılan əlavə illik vəsait nə qədərdir?

 10-03-2022

Ölkəmizdə davam edən sosial islahatlar çərçivəsində 2022-ci ilin əvvəlindən minimum pensiya 20 faiz artırılaraq 240 manata çatdırılıb. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Nazirlikdən bildirilib ki, həmçinin pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb və pensiyaçılara bu il üzrə 200 manat maddi yardım (rüblərə bölünməklə) ayrılıb. 

1,1 milyon pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 milyon manat ayrılıb.

Eyni zamanda, qulluq stajına görə əlavələr alan pensiyaçılara bu ilin əvvəlindən hər ay pensiyalarının 10 faizi məbləğində maddi yardım verilməsi nəzərdə tutulub. Bunun üçün də illik 86 milyon manat əlavə vəsait ayrılacaq.

Beləliklə, cari ilin əvvəlindən tətbiq olunan pensiya artımları üçün ayrılan əlavə illik vəsait 438 milyon manata çatıb.

Ümumilikdə yeni islahatlar paketi üzrə 2022-ci ildə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artımı üçün ayrılan illik əlavə vəsait isə 2,1 milyard manatdır. Bu artımlar 3,4 milyon şəxsi əhatə edir. 

Bənzər yazılar

0.22243094444275