Türkiyənin Azərbaycandakı səfiri: “Xalqın iradəsi seçkilərin nəticəsini müəyyənləşdirəcək”

 05-05-2023

“Xalqın iradəsi seçkilərin nəticəsini müəyyənləşdirəcək”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı mayın 5-də səsvermədən sonra jurnalistlərə açıqlamasında deyib.

O, seçkilərin şəffaf keçəcəyinə əminliyini bildirib: “Seçicilər həm də Gəncə və Naxçıvanda səs verə bilərlər. Proses mayın 7-dək davam edəcək”.

Qeyd edək ki, bu gün Azərbaycandakı Türkiyə vətəndaşlarının prezident və parlament seçkiləri üzrə səsverməsi başlayıb. Mayın 5-də Bakı vaxtilə səhər saat 09:00-dan etibarən seçki məntəqələri açılıb.

Qardaş ölkə vətəndaşlarının səsverməsi üçün Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakıda yerləşir. Bundan başqa, Türkiyə vətəndaşları Naxçıvan və Gəncədə də səs verə bilirlər.

Səsvermə bütün ünvanlarda mayın 7-si saat 21:00-dək davam edəcək.

Bənzər yazılar

0.32335686683655