Bakıda sığınacaqdan qaçan 18 yaşlı qız yenidən yaşadığı Gender əsaslı zorakılıq qurbanları üçün reabilitasiya və reinteqrasiya mərkəzinə qaytarılıb.
Bu barədə Bizim.media.az-a “Təmiz Dünya” ictimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib.
Onun sözlərinə görə hüquq mühafizə orqanları saxlanılan 2003-cü il təvəllüdlü Hacıyeva Ləman Fikrət qızı əvvəlcə onların sığınacağına gətirilib.
Bir gün “Təmiz Dünya” ictimai Birliyin sığınacağında qalandan və lazımi sənədləri düzələndən sonra qaçdığı mərkəzə geri qaytarılıb:
“Ləman Hacıyevanın davranışında bir qədər çətinliklər var. Həmçinin əqli cəhətdən də bir qədər inkişaf geriliyi ehtimal olunur. Belə olanda uşaqlarda davranış problemi özünü göstərir. Qız əvvəl sığınacaqda yaşayıb, sonra internata yerləşdirilib, hətta övladlığa da verilib.
Övladlığa verilən ailədə də problemlər yaratdığı üçün qaytarılıb. Niyə və hara qaçdığı barədə məlumat yoxdur. Ləman Hacıyeva özü də konkret olaraq nə istədiyini müəyyənləşdirə bilmir. Bizdə də çox qısa müddətdə qaldı. Ümid edirik bundan sonra hər hansı problem olmaz”, - deyə Mehriban Zeynalova qeyd edib.