Nazir Emin Əmrullayev: “Universitetlər və elmi-tədqiqat institutları bir-biri ilə əlaqəli fəaliyyət göstərmirlər”

 27-04-2023

“Universitetlər və elmi-tədqiqat institutları bir-biri ilə əlaqəli fəaliyyət göstərmirlər”.

“Trend”in məlumatına görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən ”Elmi-tədqiqat üzrə fəaliyyətin birgə həyata keçirilməsinə dair əməkdaşlıq memorandumunun imzalanması” mərasimi zamanı deyib.

Nazir qeyd edib ki, vaxtilə ali təhsil müəssisələri bəlli bir maliyyələşmə təfəkküründə olub.

“Həmin təfəkkür universitetlərin tədqiqat aparmasına maneə yaradıb. Universitetin strukturu belə tədqiqat aparmağa imkan vermir. Mahiyyət tamamilə tələbə sayını artırmağa yönəlib.

Elmi-tədqiqat institutlarının tədqiqatlarından əldə edilən nəticə ölkəyə bir o qədər də fayda vermir”,- deyə nazir qeyd edib.

Nazir bildirib ki, ölkənin elmi potensialı düzgün ölçülməlidir.

“Bəzi universitetlərin elmi tədqiqat institutlarına birləşdirilməsi mənfi nəticə verə bilər. Ali təhsil müəssisələri ilə elmi tədqiqat institutlarının əlaqəli fəaliyyət göstərməsi üçün təşviq edəcəyik”,- deyə E.Əmrullayev əlavə edib.\

Nazir qeyd edib ki, burada məktəblərin üzərinə müəyyən məsuliyyət düşür: “Buraxılış siniflərində davamiyyət müəyyən mənada aşağı olur. 11-ci siniflərdə tədris müddətinin son aylarında şagirdlərdə maraq yaratmalıdır ki, onlar məktəbə gəlsinlər. Düşünürəm ki, məktəblər şagirdlərlə daha sıx işləməlidir. Buraxılış imtahanlarının tez keçirilməsinə gəldikdə isə, Dövlət İmtahan Mərkəzinə açıq sualları yoxlayıb çatdırmaq üçün vaxt lazımdır”.

Bənzər yazılar

0.2406849861145