Rüştü Rəcbərin oğlu İngiltərə klubu ilə müqavilə imzaladı 

 25-04-2023

Türkiyə millisinin və “Fənərbağça”nın əfsanəvi qapıçısı Rüştü Rəcbərin oğlu Burak Rəcbər İngiltərənin “Kuins Park Reyncers” klubuna keçib.

Gənc hücumçu Çempionşip təmsilçisi ilə ikiillik müqavilə imzalayıb. 16 yaşlı futbolçu klubun U-16 komandasında forma geyinəcək.

Burak daha əvvəl Türkiyədə “Qalatasaray” və “Fənərbağça”nın akademiya komandalarında çıxış edib.

Mənbə: “NTV Spor”

Bənzər yazılar

0.13805794715881