Siyavuş Novruzov: “Dələduzun birinə müsahibə vermək nəyə lazımdır?”

 25-04-2023

“Milli Məclisdə sosial, iqtisadi sahələri, bələdiyyələri və digərlərinin fəaliyyətini müzakirə edirik. Kimin sözü varsa, müzakirə olunan məsələlər çərçivəsində parlamentdə tənqid də edə bilər, fikrini də söyləyə bilər, təklifini də söyləyə bilər ki, bu da dövlətin inkişafına, işlərin yaxşı getməsinə kömək olar”.

APA xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov deyib.

“Dəfələrlə burada müxtəlif sahələr, iqtisadiyyat, sosial sahə, mənzil məsələləri ilə bağlı dinləmələr keçirmişik. Burada təhsillə bağlı ən kəskin fikirlər də deyilib. Bu gün Azərbaycana qarşı olan adamlara müsahibə verməyə nə ehtiyac var? Milli Məclisdə 30-dan artıq qeydiyyatdan keçən jurnalist, televiziya kanalları var, hər biri də deputatların çıxışlarını, rəylərini yayır, hamı da qulaq asır. Dələduzun birinə müsahibə vermək nəyə lazımdır? Nə milliyyəti məlumdur, nə təhsili var, bu kimdir? Bunun hansı sənəti var, niyə ondan qorxursunuz, nədən qorxursunuz? Gərək belə şeylərdən uzaq olaq, belə şeylərə diqqət edək”, - deyə Siyavuş Novruzov bildirib.

Bənzər yazılar

0.44048285484314