Futbol üzrə İtaliya çempionatının 31-ci turunun matçında “Atalanta” doğma meydanda “Roma”ya 3:1 hesabı ilə qalib gəlib.
Ev sahiblərindən Mario Paşaliç, Rafael Toloi və Ten Koopmeyners fərqləniblər. Qonaların yeganə qolunu isə Lorenzo Pelleqrini vurub.
Bu nəticədən sonra “Atalanta” A Seriyasında 52 xalla 7-ci pillədə qərarlaşıb. “Roma” 56 xalla 5-ci yerdədir.
Növbəti mərhələdə “Atalanta” aprelin 29-da “Torino” ilə qarşılaşacaq. Həmin gün “Roma” “Milan”la üz-üzə gələcək.