Qubada yeni turizm MƏKANI: Dağ yəhudilərinin ənənəvi EVİ BƏRPA OLUNUR

 23-05-2022

Qırmızı qəsəbədə yeni turizm məkanının təməlqoyma mərasimi olub. Belə ki, qəsəbədə “Yəhudilərin ənənəvi evinin bərpası” layihəsi start götürüb.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Səfirliyinin paylaşımında deyilir:

“Bu gün səfir Litzenberqer, İsrail səfiri Corc Dik ilə birlikdə Qırmızı qəsəbədə yeni turizm məkanının təməlqoyma mərasimində iştirak etməkdən qürur duyur. USAID, İsrail səfirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bu layihə Quba rayonunun dəyərli icması olan Dağ yəhudilərinin məskənində mədəni turizmin artmasına səbəb olacaq. Biz Qırmızı qəsəbənin mədəni mühafizəsində iştirak etməkdən məmnunuq və bu mühüm icmanın tarixini öyrənmək üçün bu layihənin gələcək inkişafını səbirsizliklə gözləyirik”.

Bənzər yazılar

0.49144387245178