“Xorvatiyada keçirilən Avropa çempionatına iki qardaş ölkə öz imzasını atdı”.
Bunu Azərbaycanın iqtisadiyyat naziri və Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov öz “Facebook” profilində paylaşıb.
Federasiya prezidenti paylaşımında yazıb:
“Sərbəst güləş üzrə yarışlarda komanda hesabında Azərbaycan 1-ci, Türkiyə 3-cü yeri tutdu. Yunan-Roma güləşi üzrə yarışlarda isə Türkiyə 1-ci, Azərbaycan 2-ci oldu”.
Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatını ümumilikdə 6 medalla başa vurub. Bunlardan ikisi qızıl, üçü gümüş, biri isə bürünc əyarlıdır.