Azərbaycanın daha bir yunan-Roma güləşçisi Avropa çempionu olub

 23-04-2023

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Ülvi Qənizadə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Milletinsesi.info xəbər verir ki, 72 kq-da çıxış edən idmançı finalda fransalı İbrahim Qanemi məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Bu, Azərbaycan yunan-Roma güləşçilərinin Avropa çempionatındakı ikinci qızıl medalı olub.

Bundan başqa, Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

67 kq-da çıxış edən idmançı finalda gürcüstanlı Coni Xetsuriani sınağa çəkib.

Rəqibinə 3:2 hesabı ilə qalib gələn Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) finalda uduzaraq, gümüş medalla kifayətləniblər.

Nihat Məmmədli (60 kq) isə bürünc medala sahib çıxıb.

Sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Qadınlardan isə Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) gümüş medala sahib çıxıb.

Bənzər yazılar

0.13607692718506