“Yaxın vaxtlarda İsrailin müdafiə sənayesi müəssisələrindən biri Azərbaycana 120 milyon dollar dəyərində iki peyk verəcək”.
Bu barədə İsrailin “zman.co.il” saytı xarici işlər naziri Eli Koheni aprelin 18-19-da Azərbaycana səfəri zamanı onu müşayiət edən nazir ofisi və hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
“Azərbaycanla əlaqənin vacib olduğu, həmçinin İsrailin yanacaq istehlakının üçdə birini Azərbaycandan idxal etməsi faktı var. Əlbəttə ki, suyun duzsuzlaşdırılması, kənd təsərrüfatı avadanlıqları, əkin sahələrini yoxlamaq üçün dronlarla bağlı əlavə əməkdaşlıqlar da var. Və yaxın gələcəkdə müdafiə sənayesin müəssisələrindən biri üçün iki peykin satışı təxminən 120 milyon dollara çatacaq”, - məlumatda bildirilib.
Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ötən gün “Azersky” – Yerin məsafədən müşahidə peykinin dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırması barədə məlumat yayıb.