“Formula-1”: Bakıda daha iki yol nəqliyyatın hərəkətinə bağlanacaq

 20-04-2023

Bakı şəhərində daha iki yol nəqliyyatın hərəkətinə bağlanacaq.

Bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, bu gün gecə saat 23:00-dan etibarən Rəsul Rza küçəsinin Neftçilər prospekti ilə kəsişməsi və Adil İsgəndərov küçəsinin Niyazi küçəsi ilə kəsişməsi nəqliyyatın hərəkətinə bağlanacaq.

Buna səbəb “Formula-1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton baryerlərin quraşdırılması prosesinin davam etdirilməsidir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 aprelə təsadüf edəcək.

Bənzər yazılar

0.25204110145569