Avropa çempionatı: Hacı Əliyev və daha dörd güləşçimiz mübarizəyə başlayır

 17-04-2023

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürəcək.

Milletinsesi.info xəbər verir ki, ilk gündə Azərbaycanın beş sərbəst güləşçisi mübarizəyə başlayacaq.

57 kq çəki dərəcəsində Əliabbas Rzazadə 1/4 finalda Anatoli Buruian (Moldova)/Horst Ler (Almaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

65 kq-dakı Əli Rəhimzadə 1/8 finalda Georgios Pilidis (Yunanıstan)/İslam Dudayev (Albaniya) duelinin güclüsü ilə, 70 kq-da yarışan dünya və Avropa çempionu Hacı Əliyev təsnifatda Canluka Talamo (İtaliya) ilə görüşəcək.

79 kq çəki dərəcəsində Səbuhi Əmiraslanov 1/8 finalda İman Mahdavinin (UWW), 97 kq-dakı Maqomedxan Maqomedov Benjamin Honisin (İtaliya) müqavimətini qırmağa çalışacaq.

Avropa çempionatı aprelin 23-də başa çatacaq.

Bənzər yazılar

0.15570712089539