İspaniya La Liqasında XXIX tur davam edir.
Milletinsesi.info xəbər verir ki, lider “Barselona” Madriddə “Xetafe”nin qonağı olub. Matçda hesab açılmayıb.
“Barselona” 73 xalla vahid liderdir və ən yaxın izləyicisi “Real Madrid”i 11 xal üstələyir.
Madrid “Atletiko”su isə “Almeriya”nı qəbul edib. “Hindular” qələbə qazanıblar - 2:1.
Madridlilərin heyətində Antuan Qrizman dubl edib. Xose Mariya Ximenes isə avtoqol müəllifi olub.
Xallarını 60-a çatdıran “Atletiko” əvvəlki kimi 3-cü pillədədir.