İngiltərə Premyer Liqasında XXXI tura yekun vurulub.
Milletinsesi.info xəbər verir ki, “Mançester Yunayted” “Nottinqem”in qonağı olub və 2:0 hesablı qələbə qazanıb.
“Qırmızı şeytanlar”ın qollarını Antoni və Dioqu Dalot vurublar.
Xallarını 59-a çatdıran “Mançester Yunayted” 3-cü, 27 xalı olan “Nottinqem” 18-cidir.
Lider “Arsenal” “Vest Hem”in qonağı olub. Matçda qalib müəyyənləşməyib. “Topçular” 7-ci dəqiqədə Qabriel Jezuş və 10-cu dəqiqədə Martin Edeqorun qolları ilə iki topluq üstünlük qazansalar da, ilk yarının sonuna qədər Said Benrahma penaltidən hesab arasındakı fərqi azaldıb. 55-ci dəqiqədə isə Carrod Bouen hesabı bərabərləşdirib - 2:2.
“Arsenal” hazırda 74 xalla vahid liderdir. Komanda 70 xalı olan ikinci “Mançester Siti”dən bir oyun çox keçirib.