Fransada Liqa 1-in lideri PSJ doğma meydanda rəqibinə aman verməyib.
Çempionatın 31-ci turunda paytaxt komandası hazırda ikinci pillədə qərarlaşan “Lans”ı qonaq edib.
Matçın 19-cu dəqiqəsində “Lans”ın dayaq yarımmüdafiəçisi Abdul Samed birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Say üstünlüyündən yaxşı istifadə edən Paris klubu 9 dəqiqə ərzində ən yaxın izləyicisinə üç cavabsız qol vuraraq qarşılaşmanın taleyini həll edib.
Qonaqların gücü yalnız penaltidən vurulan təsəlli qoluna çatıb - 3:1.
Qeyd edək ki, bu nəticədən sonra komandalar arasındakı xal fərqi 9-a (72 - 63) yüksəlib.