İrəvanda şovinist ermənilər Azərbaycan bayrağına hücum etdilər - VİDEO

 14-04-2023

Ermənistanın paytaxtı İrəvanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribata yol verilib.

Milletinsesi.info xəbər verir ki, açılış mərasimində Azərbaycan komandası anons edilərkən yerli azarkeşlər tərəfindən fitə basılıb.

Bununla sakitləşməyən şovinist ermənilər Azərbaycan bayrağına hücum ediblər. Bayrağımızı daşıyan şəxsin əlindən alan ermənilərdən biri mühafizənin müdaxiləsinə baxmayaraq qaça bilib. Daha sonra Azərbaycan bayrağının yandırıldığı bildirilir.

Qeyd edək ki, turnirin təşkilatçısı olan Ermənistan təhlükəsizliklə bağlı zəmanət verdiyini açıqlamışdı. Lakin baş verən hadisə erməni riyakarlığı və şovinizminin heç bir zəmanətdən çəkinmədiyini göstərir.

Məlumat üçün deyək ki, Avropa çempionatında iştirak edəcək Azərbaycan ağırlıqqaldırma yığması Ermənistanın paytaxtı İrəvandadır.

Bənzər yazılar

0.14043021202087