Futbol üzrə Azərbaycan I Divizionunun “Şamaxı-2” - “Zaqatala” oyununda gözəl qol vurulub.
Milletinsesi.info xəbər verir ki, qonaq komandanın futbolçusu Roini İsmayılov 22-ci dəqiqədə uzaq məsafədən möhtəşəm zərbə ilə matçda hesabı açıb.
Görüş “Zaqatala”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.