ADU tələbələrinə saqqal saxlamaq qadağan edilib? 

 13-04-2023

Azərbaycan Dillər Universitetində tələbələrə saqqal saxlamağın qadağan edildiyi iddia edilib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Tələbələr bildiriblər ki, rəhbərlik tərəfindən onlara saqqal saxlamağa icazə verilmir. Buna səbəb kimi “İran məsələləri” iddia edilib

O iddia edib ki, sözügedən qadağa İran məsələləri və dinlə əlaqələndirilib:

“Azərbaycan Dillər Universitetində saqqal saxlamaq qadağan edilib. Qadağanın absurdluğu bir kənara, səbəb kimi İran məsələlərini göstərmək daha absurd vəziyyətə gətirir. Hər dindar saqqal saxlayır? Hər saqqal saxlayan dindardır...?”, - tələbə qeyd edib. 

ADU-nun Mətbuat Xidmətinin rəhbəri Cavid Zeynallı Milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar düzgün deyil:“Universitetdə belə qadağa yoxdur. Məlumat doğru deyil. Bu, tövsiyə ola bilər, məcburiyyət yox".

Bənzər yazılar

0.45238995552063