Piyada zolağını yağış yudu: Məktəbin qarşısı ölüm saçır - VİDEO

 12-04-2023

286 saylı məktəbin qarşısındakı piyada keçidi zolağını yağış yuyub. 

Sakinlər deyirlər ki, Bakı Nəqliyyat Agentliyinə bununla bağlı bir neçə dəfə məlumat verilsə də, məsələ həllini tapmır:

“Gəlib yerə zolaq çəkiblər, lövhələri söküb aparıblar ki, yenisini gətirib yerləşdirsinlər. Amma heç 3 gün keçmədi ki, zolağı yenidən yağış yuyub apardı. Lövhələr isə hələ də gəlməyib”.

Bu, Bakının qarşısında piyada zolağı silinən və ya olmayan yeganə məktəb deyil. 

Ekspertlər hesab edirlər ki, yol cizgilərinin xətləri qısa müddət ərzində silinirsə, deməli, ya çox keyfiyyətsiz boyalardan istifadə edilir, ya da prosedur standart ardıcıllıqla aparılmır. Çünki adi boya altı ay, termoplastik boya isə qatqısından asılı olaraq, 1-4 il bərpasız istifadə edilə bilər.

Daha ətraflı APA TV-nin süjetində:

Bənzər yazılar

0.42843413352966