Süni intellekt sonumuz, yoxsa gələcəyimizdir? - VİDEO

 12-04-2023

Artıq internetdə istənilən mövzu haqqında qısa açar sözlər yazmaqla geniş məlumatlar əldə etmək mümkündür. 

Süni intellekt sahəsində xeyli irəliləyişlər əldə olunmasına baxmayaraq, avropalı ekspertlər bunun ciddi təhlükə ilə yekunlaşacağını iddia edirlər. “ChatGPT”, “Dall-E”, “Adobe” kimi nəhəng şirkətlərin yaratdıqları süni intellektə əsaslanan texnologiyalar əmək göstəricilərini 7% yüksəldə bilər. 

Lakin avropalı və amerikalı mütəxəssislər süni zəka sistemlərinin inkişafı ilə 300 milyon insanın işini itirəcəyini düşünürlər. Yerli mütəxəssislər də bu fikri mümkün hesab edirlər.

Türkiyəli mütəxəssis Ali Murat Kırık bildirir ki, süni intellekt texnologiyası müəllimlərin, hüquqşünasların, həmçinin jurnalistlərin və televiziya aparıcılarının, hətta informasiya texnologiyaları sahəsində çalışanların və proqramçıların işinə müsbət təsirlər göstərsə də, mənfi tərəfləri də var.

Bəs görəsən, süni zəka sistemləri Azərbaycana necə təsir edəcək?

Bənzər yazılar

1.3227639198303