Şərqiyyə Məmmədova: “Mübariz Mənsimov Azərbaycan milləti üçün bəladır”

 08-04-2023

“Mübariz Mənsimov Azərbaycan milləti üçün bəladır”.

Milletinsesi.info xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlıların təhsil problemləri barədə tədbirdə danışarkən İstanbulda yerləşən Hüseyn Cavid adına məktəbin direktoru Şərqiyyə Məmmədova deyib.

O qeyd edib ki, Türkiyədə yaşayan azərbaycanlı müəllimə Aygün Həsənoğlu və digər şəxslər onun haqqında Türkiyə Təhsil Nazirliyinə (Türkiyə Milli Eğitim Bakanlığı) şikayət ediblər:

“Məni dəfələrlə nazirliyə çağırıblar. Türklər məni başa düşüb, fəaliyyətimə şərait yaradıblar. Türkiyəlilər bizim oradakı azərbaycanlılarımızdan məsələlərə daha həssas yanaşırlar.

O, ki qaldı daim xaricdəki həmvətənlərimizə “dəstəyi” ilə öyünən Mübariz Mənsimova, o ancaq öz reklamı ilə məşğuldur. Onu çox şişirdirlər. O, Azərbaycan milləti üçün bəladır. Onu sevən şəxslərdən soruşuram, heç birinə köməyi dəyməyib. Halbuki reklama aldanıb, onun insanları dəstəklədiyini düşünürlər. 

Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyədəki uşaqlarımızın təhsili ilə bağlı bizə çox dəstəyi olub, indi də köməyini görürük. Nazirə təşəkkür edirəm. Təhsil naziri ilə görüşə bilmirəm. Dərsliklərdə çox problemlər var, bunları deyə bilmirik.

Dilimizin qeydinə qalan millət deyilik. Çox kasıbdır. Zənginləşdirmək üçün cəhd etmirik. Türkiyədə azərbaycanlı ailələrin çoxu düşünür ki, uşaqlar Azərbaycan dilində təhsil alıb, heç nə edə bilməyəcəklər. Elə türk dilində oxutmağa çalışırlar. Buradakılar rusca oxumaq istəyirlər, oradakılar başqa dillərdə. Hərə bir dildə oxusa, Azərbaycan dilini kim qoruyacaq? Dəfələrlə məktəbimizi bağlamağa cəhd ediblər. Türklər də təəccüblənirlər ki, siz uşaqlara təhsil verməklə məşğulsunuz, sizdən nə istəyirlər? Türkiyədə bu prosesə mane olan öz azərbaycanlılarımızdır”.

Bənzər yazılar

0.19474792480469