Ağdamda insan skeletinə bənzər sümüklər aşkar edildi

 07-04-2023

Ağdamda insan skeletinə bənzər sümüklər aşkar edilib.

APA xəbər verir ki, Ağdam rayon, “Ergi düzü” adlanan ərazidə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən qazıntı işləri aparılan zaman insan skeletinə bənzər sümüklər aşkar edilib.

Ağdamda insan skeletinə bənzər qalıqların aşkar edilməsi ilə bağlı araşdırma başlanılıb. 

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Saleh Hacıyev bildirib.

O bildirib ki, məsələ barədə Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.58614301681519