Masazırda çirkab suları gölə axıdılır - FOTOREPORTAJ

 05-04-2023

Abşeron rayonunda çirkab suları gölə axıdılır. 

Belə ki, rayonun Masazır qəsəbəsi, Asif Həsənov küçəsində kanalizasiya xətti yoxdur. 

Sakinlər də çirkab sularını kiçik arx vasitəsilə gölə axıdırlar. 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Azərsu” ASC Abşeron rayonunda çirkab sularının gölə axıdılması ilə bağlı görüntülərə münasibət bildirib.

“Azərsu”dan bildirilib ki, Masazır qəsəbəsinin Asif Həsənov küçəsində quruma məxsus mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil: “Həmin çirkab suları fərdi yaşayış evlərinin sakinləri tərəfindən fərdi və primitiv qaydada xətlər çəkilərək, açıq kanallarla kənarlaşdırılır”.

Abşeronda çirkab suların gölə axıdılması ilə bağlı yayımlanan görüntülərə Rayonun İcra Hakimiyyəti münasibət bildirib.

Abşeron Rayon İcra Hakimiyyətinini Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Əliyev Fariz Milletinsesi.info-a açıqlamasında bildirib ki, rayon ərazisində əhalinin sıx məskunlaşması bəzi problemlərin yaranmasına səbəb olur:

“Son 20 il ərzində rayonun yaşayış məntəqələri sürətlə böyüyüb, əhalinin sayı artıb. Bu da öz növbəsində kommunal xidmətlər sahəsində bəzi problemlər yaranmasına səbəb olub. Son dövrlərdə rayon ərazisində elektrik enerjisi və təbii qaz təminatında problemlər ardan qaldırılıb, rayonun yeni yaşayış məntəqələrində yeni yarımstansiyalar tikilmiş, elektrik enerjisi şəbəkələri qurulmuş və yeni qazpaylayıcı məntəqələr inşa edilib. Abşeron rayonunda içməli su və kanalizasiya şəbəkələrinin qurulması da diqqət mərkəzində saxlanılmış və yeni xəttlər çəkilib. Belə ki, ötən il “Azərsu” Asc tərəfibndən 16690 p/m uzunluqda su, 3450 p/m kanalizasiya xətləri çəkilib. Rayonda abadlıq, quruculuq işləri də xüsusi önəm verilən sahələrdən biridir. Abşeron rayon İcra Hakimiyyətinin təklif və təşəbbüsü ilə “Bakı Abadlıq Xidməti” MMC tərəfindən Abşeron rayonunun bütün yaşayış məntəqələrini əhatə edən 88 küçədə ümumi uzunluğu 110 kilometrə yaxın məsafədə küçə işıqlarının quraşdırılması işləri artıq tamamlanıb. Rayonun kənd və qəsəbələrində küçə və yollar asfaltlanıb, abad məhəllələr yaradılıb. Ötən müddət ərzində rayon ərazisində küçə və yollara 14 370 kubmetr qırma daş tökülərək yayılıb, 125 400 kvadratmetr asfalt örtüyü vurulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Şamaxı-Yevlax yolundan Aşağı Güzdək qəsəbəsinə və Pirəkəşkül kəndinə qədən əsas yollar yenidən qurulub”.

Ə.Fariz  yayımlanan “Masazır çirkab suları gölə axıdılır” fotoreportajıyla bağlı bildirib ki, sözügedən ərazi Masazır kəndindəki “Qız gölü” adlanan ərazidədir:

“Hazırda bu ərazidə “Azərsu” ASC tərəfindən quraşdırılmış nasosxanadan çirkab sular mərkəzi çirkab nasosxanasına vurulur. Həmçinin Masazır kəndində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin qurulması məqsədilə Dövlət Proqramına uyğun olaraq “Azərsu” ASC tərəfindən layihə hazırlanmış və mərhələli olaraq həyata keçiriləcəkdir. Həmçinin rayonun yaşayış məntəqələrində mövcud olan problemlərin aradan qaldırılmasına, küçə və yolların abadlaşdırılması və işıqlandırılmasına, mərkəzləşdirilmiş kanalizasiya şəbəkələrinin qurulmasına köməklik göstərilməsi məqsədilə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər edilib”.

PhotoStock.az ərazidən görüntülər lentə alıb.

Daha çox foto burada: PhotoStock.az

Bənzər yazılar

0.47080898284912