Bakıda icra məmuru qadın vəkili DÖYÜB?

 19-05-2022

Bakıda qadın vəkil icra məmuru tərəfindən döyülüb. 

APA xəbər verir ki, bu barədə sosial şəbəkədə vəkilin yaxınları məlumat verib.

Bildirilib ki,Vəkillər Kollegiyasının üzvü Hüseynbəyli Ülkər Hüseyn qızı Sumqayıt İcra şöbəsinin icra məmuru Pərviz Quliyev tərəfindən təhqir edilərək döyülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, həmin məsələyə ilə bağlı polisə müraciət daxil olub: "Tərəflər arasında mübahisə şəxsi zəminində baş verib. Müraciətlə bağlı Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır".

Məsələ ilə bağlı Bakıda qadın vəkilin icra məmuru tərəfindən döyülməsi ilə bağlı açıqlama verilib.

Vəkillər Kollegiyasının Mətbuat Xidmətindən verilən məlumata görə, yayılan məlumatda adıçəkilən Hüseynbəyli Ülkər Hüseyn qızı adlı şəxs Vəkillər Kollegiyasının üzvü deyil.

Qurum qeyd edib ki, Kollegiyanın rəsmi veb-səhifəsində yerləşdirilmiş “fəaliyyət göstərən vəkillərin siyahısı” bölməsindən və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq şəxslərin Vəkillər Kollegiyasının üzvü olub-olmamasını dəqiqləşdirə bilərlər:

“Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırır və sözügedən xəbəri dərc etmiş KİV-ləri məlumatı dəqiqləşdirib yenidən dərc etməyə dəvət edirik”.

Bənzər yazılar

0.2018461227417