Azərbaycan Millətlər Liqasında təsnifat mərhələlərində oynayacaq? - UEFA dəyişikliyə hazırlaşır

 05-04-2023

UEFA Millətlər Liqasında təsnifat mərhələləri təşkil oluna bilər.

Bu barədə Avropa futbol qurumunun prezidenti Aleksander Çeferin qurumun 47-ci Konqresində çıxışında deyib.

“Sağ qalmaq üçün müasir dövrə uyğunlaşmalıyıq. Federasiyalar və bütün maraqlı tərəflərlə geniş müzakirələrdən sonra klub yarışları üçün cəsarətli yeni formatlar təqdim etmək üçün əlimizdən gələni edirik. 2024-cü ildən etibarən kişi və qadın futbolunda, eləcə də, Millətlər Liqasında seçmə mərhələ strukturları ilə bağlı müzakirələr gedir”, - deyə A.Çeferin bildirib.

Millətlər Liqasının hazırkı formatında təsnifat mərhələləri yoxdur. UEFA-ya üzv bütün milli assosiasiyaların yığma komandaları birbaşa əsas turnirdə çıxış edirlər. Dəyişiklik baş verərsə, Azərbaycan kimi aşağıreytinqli komandalar əsas mərhələdə iştirakdan öncə təsnifat raundlarını keçməli olacaqlar.

Mənbə: UEFA

Bənzər yazılar

0.14122200012207