AVRO-2024: Fransa səfərdə, Niderland evdə qalib gəldi

 28-03-2023

AVRO-2024-ün seçmə mərhələsində II turun növbəti oyunları keçirilib.

Oxu.az xəbər verir ki, F qrupunda yer alan Azərbaycan yığması İsveçin qonağı olub. Matç meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda Avstriya Estoniyanı qəbul edib. Bu görüşdə də meydan sahibləri qalib gəlib - 2:1.

İlk turda Fransaya 0:4 hesabıyla uduzan Niderland bu raundda Cəbəllütariqi sınağa çəkib. “Narıncılar” üç xalı üç cavabsız qolla qazanıblar. Niderlandın qollarına Memfis Depay və Natan Ake (2) imza atıblar.

Fransa İrlandiya ilə üz-üzə gəlib. “Xoruzlar” minimal hesablı qələbəyə seviniblər. Yeganə qolu Benjamen Pavar vurub.

AVRO-2024
Seçmə mərhələ, II tur

27 mart

B qrupu

Niderland - Cəbəllütariq - 3:0
Qollar:
Depay, 23, Ake, 50, 83

İrlandiya - Fransa - 0:1
Qollar:
Pavar, 50


E qrupu

Polşa - Albaniya - 1:0
Qol:
Sviderski, 41

Moldova - Çexiya - 0:0

F qrupu

İsveç - Azərbaycan - 5:0
Qollar:
Forsberq, 38, Bəhlul Mustafazadə, 65 (öz qapısına), Qyokeres, 79, Karlson, 88, Elanqa, 89

Avstriya - Estoniya - 2:1
Qollar:
Kaynts, 68, Qreqoritş, 87 - Sappinen, 25


G qrupu

Macarıstan - Bolqarıstan - 3:0
Qollar:
Veçsey, 7, Soboslay, 26, Adam, 39

Monteneqro - Serbiya - 0:2
Qollar:
Vlahoviç, 78, 90+6

Bənzər yazılar

0.27966403961182