Şanlıurfada terror hücumu planlaşdıran kamikadzelər ələ keçiblər.
Türkiyə Daxili İşlər Nazirliyi İŞİD-in “canlı bomba”sı olacaq Süleyman Elhamud və onu müşayiət edən iki nəfərin Bursada polis qrupları tərəfindən saxlanıldığı ilə bağlı açıqlama verib.
Nazirlikdən verilən məlumata görə, 2021-ci ildə İŞİD təşkilatı ilə bağlı istintaq çərçivəsində Çorumda tutularaq həbs edilən Məhəmməd Elali adlı xarici vətəndaşın evində ələ keçirilən rəqəmsal materialların araşdırılmasından sonra Bursada əməliyyat başladılıb.
Bursa Terrorla Mübarizə Şöbəsi qruplarının həyata keçirdiyi əməliyyat zamanı İŞİD terror təşkilatına üzv olan xarici vətəndaşlar Halid Aljasem və Enes Elgannem ilə “canlı bomba” hücumunu gerçəkləşdirəcəyi bildirilən Süleyman Elhamud saxlanılıblar.
Şübhəlilərin evlərində aparılan axtarışlar zamanı rəqəmsal materiallar da ələ keçirilib.
Mənbə: TRT Haber