“Disney” Ed Şiran haqqında sənədli serial təqdim edəcək

 22-03-2023

Britaniyalı müğənni-bəstəkar Ed Şiran haqqında “The Sum of It All” mini-sənədli serialının premyerası mayın 3-də “Disney+”da baş tutacaq.

Dörd epizoddan ibarət layihə Şiranın kəkələyən uşaqdan stadion inşa edən super ulduza qədər olan həyat səyahətini nümayiş etdirəcək.

Qeyd olunur ki, serialda musiqiçinin şəxsi arxivindən əvvəllər dərc olunmamış kadrlardan, həmçinin Şiran və ailəsi ilə yeni müsahibələrdən istifadə olunacaq.

Mənbə: gazeta.ru

Bənzər yazılar

0.45267081260681