Amerikalı gələcəyi görmək üçün özünü və ailəsini donduracaq 

 20-03-2023

ABŞ-nın Krionika İnstitutunun rəhbəri 54 yaşlı Miluoki sakini Dennis Kovalski özünü və ailə üzvlərini “gələcəkdə diriləcəkləri” ümidi ilə maye azotlu kriokameralarda dondurmaq niyyətindədir.

“Mənim nöqteyi-nəzərimə görə, bir vaxtlar ürəyi dayandıqdan sonra işə salmaq mümkün deyildi. Bu gün isə bu, adi hala çevrilib”, - o, krionikanın imkanları haqqında fikirlərini açıqlayıb.

Kovalskinin sözlərinə görə, ailə üzvlərinin hər biri ölümdən əvvəl və sonra onlara göstəriləcək bu xidmət üçün 28 min dollar ödəyəcək.

O bildirib ki, həyat yoldaşı və üç övladı krionika ilə məşğul olmasalar da, onun şirkətinin müştərisidirlər.

“Onlar razılaşırlar ki, oyanmaq şansı nə qədər kiçik olsa da, buna dəyər. Onlar da gələcəyə kifayət qədər nikbin baxırlar”, - deyə alim bildirib.

O, ölümdən qorxmadığını açıqlayıb. “Mən sadəcə gələcəyi görmək istəyirəm. Bu, sanki içimdəki balaca uşağın arzusudur. Başa düşürəm ki, bu işləməyə bilər, amma cəhd etməyə dəyər, elə deyilmi?”, - Kovalski yekunlaşdırıb.

Mənbə: gazeta.ru

Bənzər yazılar

0.42543911933899