Azərbaycanlı iş adamlarını öldürən erməni həbsxanadan qaçıb

 19-03-2023

2015-ci ildə Ukraynanın Xerson vilayətində 3 azərbaycanlı iş adamını öldürdüyü üçün həbs olunan və barəsində 13 il həbs cəzası verilən erməni əsilli Sergey Karapetyan həbsxanadan qaçıb.

Yeniavaz.com xəbər verir ki, belə bir məlumatı Ermənistan parlamentinin sabiq deputatı Naira Zöhrabyan sosial şəbəkə hesabında paylaşıb.

Zöhrabyan yazıb ki, ötən ilin sonlarında Xerson həbsxanasının bombalanmasından sonra Sergey Odessa şəhərinə gəlib və Ermənistana gələ bilmək üçün arayış ala bilmirmiş.

Sabiq deputat qeyd edib ki, o deputat olan zaman Sergeyin cəzasını Ermənistanda çəkməsi üçün cəhdlər edib:

“Sergey Xerson həbsxanasının bombalanmasından sonra yenidən mənimlə əlaqə saxladı. Biz mümkün olan hər şeyi etdik. Ermənistanın Ukraynadakı səfiri ilə problemi müzakirə etdim və indi həmyerlimiz Sergey Karapetyan geri qayıtma şəhadətnaməsini artıq alıb. Sergeyi Ermənistanda gözləyək”.

Məlumat üçün bildirək ki, 2015-ci ildə Ukraynanın Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı İlham Tağıyev, diaspor fəalı Təbriz Ələkbərov və Azərbaycanlıları Konqresinin üzvü İlqar Nuruşov vəşhicəsinə işgəncə verilərək qətlə yetiriliblər. Aparılan araşdırmalardan sonra məlum olub ki, qətli törədən 1974-cü il təvəllüdlü Ermənistan vətəndaşı Karapetyan Sergey Razmikoviç və Ukrayna vətəndaşı olan Montiyan Xaçik Stepanoviçdir. 2016-cı ildə Ukrayna məhkəməsinin qərarı ilə Sergey Karapetyan 13 il müddətində azadlıqdan məhrum edilib.

Məhkəmə tərəfindən təsdiq olunmasa da, qətlə yetirilən iş adamlarının qohumları sifarişçinin istefada olan general, erməni iş adamı Luqasyan olduğunu bildiriblər.



A. Cəfərov

Bənzər yazılar

0.45293283462524