Bu gün “Viva La Vida” beynəlxalq konqres və sərginin ikinci günüdür

 17-03-2023

Bakıda “Viva La Vida” uzunömürlülük üzrə ilk beynəlxalq konqres və sərginin ikinci günü keçirilir.

Milletinsesi.info xəbər verir ki, tədbir Nənələr qrupunun “Qarabağ” musiqisinin ifası ilə başlayıb. 

Tədbirdə dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş 21 spikerin çıxış edəcəyi nəzərdə tutulur.

Bu gün xüsusən gen terapiya ilə bağlı bir çox mövzularda spikerlərin çıxışları olacaq.

Spikerlər kişi və qadın uzunömürlülüyü, mental uzunömürlülük və digər profilaktik, fərdiləşmiş təbabət haqqında məlumat və tövsiyələr verəcəklər. 

Qeyd edək ki, konqres bu gün başa çatır.

Nəzrin Vahid

Bənzər yazılar

0.74049305915833