Sultan Əhməd Əli: “Azərbaycan müsəlman dünyasında aparıcı rol oynayır”

 15-03-2023

“Azərbaycanın müsəlman dünyasının problemlərinin həllində iştirakı hər birimiz üçün çox dəyərlidir”.

Bunu “Report”a açıqlamasında Pakistan Müsəlmanları İnstitutunun sədri Sultan Əhməd Əli deyib.

Onun sözlərinə görə, dünyada islamofobiya güclənir və bu gün Bakıda keçirilən beynəlxalq konfrans müsəlman dünyasının nümayəndələrinin bir araya gəlməsi və bu mühüm problemi müzakirə etməsi üçün yaxşı fürsətdir.

O vurğulayıb ki, Azərbaycanın Cənubi Qafqaz regionunda artan əhəmiyyətini uzun müddətdir müşahidə edir:

“Azərbaycan təkcə Qafqazda deyil, həm də müsəlman dünyasında aparıcı rol oynayır. Bu mövzuda forumun keçirilməsi hər birimiz üçün daha da geniş imkanlar yaradacaq”.

Müsəlmanlara qarşı ayrı-seçkiliyə münasibət bildirən Pakistan Müsəlman İnstitutunun sədri Şimali Afrika ölkələri ilə Fransa arasındakı problemlərə də toxunub:

“Şimali Afrika Fransanın müstəmləkəsinə çevrildikdən sonra hansı hadisələr baş vermişdi? Fransa təkcə özünə aid olmayan torpaqları zəbt etməmişdi, həm də onların mədəniyyətini, müsəlman kimliyini məhv etmiş, yüz minlərlə insanı qətlə yetirmişdi”.

Sultan Əhməd Əli əlavə edib ki, bunlar tamamilə qeyri-insani davranışlar idi və bu hadisələr Avropa tarixinin ən kədərli anlarından biridir.

Bənzər yazılar

0.47688388824463