FHN: Ötən sutka ərzində 107 yanğına çıxış olub - VİDEO

 14-03-2023

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ölkə ərazisində 107 yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ölkə ərazisində 3-ü azyaşlı olmaqla 11 nəfər xilas edilib, yanğınlar zamanı 6 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, bir nəfər tüstüdən zəhərlənib. Həmçinin, bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Bənzər yazılar

0.44652199745178