Abşeronda avtomobil xəndəyə düşüb

 14-03-2023

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə “Qurtuluş-93”də qeydə alınıb. Belə ki, “Toyota Camry” və “Toyota Prius” markalı minik avtomobilləri toqquşub. “Toyota Camry” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını magistral qaz kəməri üçün qazılmış xəndəyə aşırıb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Hadisənin təfərrüatı araşdırılır.

Bənzər yazılar

0.47891998291016