Yevlaxda bir ailənin üç üzvü bıçaqlanıb

 11-03-2023

Yevlax rayonunda bir ailənin üç üzvü bıçaqlanıb.

APA-nın məlumatına görə, rayon sakini Səbuhi Həsənov həyat yoldaşı Nazənin Həsənova, onun anası Vüsalə Bağırova və qayınanasının qardaşı Ümid Bağırovu bıçaqlayıb.

Onlar xəstəxanaya yerləşdirilib. Ümid Bağırovun vəziyyəti ağır, digərlərinin durumu orta-ağır qiymətləndirilir.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən Səbuhi Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.

Bənzər yazılar

0.41130900382996