Azərbaycan nefti ucuzlaşıb

 11-03-2023

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.

Milletinsesi.info xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 0,66 ABŞ dolları, yaxud 0,77% azalaraq 84,79 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Bənzər yazılar

0.78667402267456