YAP sədri icra başçısı olmaq xülyasına QAPILDI

 15-05-2022

Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya yenidən icra başçısı olmaq xülyasına qapılıb. 

32gun.az-a göndərilən şikayətdə bildirilir ki, hətta, uzun müddət Fəqət Şadlinskaya rayonda Vidadi İsayevin “qara kassiri” kimi tanınsa da sonradan onun xülyası icra başçısı ilə münasibətlərini korlayıb. 

Məlumata görə, Fəqət xanımın himayədarı deputat Fatma Yıldırımdır.  Deputatdan aldığı onayla F.Şadlinskaya şəxsi ambisiyalardan çıxış edərək  rayonda “at oynadır”,  hətta,  icra başçısını da saymazdan gəlir. 

İddis edilir ki, Rayonda kadr məsələsini öz əlinə almaq istəyən Fəqət xanım , öz adamlarını müxtəlif vəzifələrə yerləşdirmək üçün çalışır. Bunun da onayını məhz Fatma Yıldırımdan alır. Sizi vəzifəyə yerləşdirəcəyik deyərəkdən ətraflarına 3-4 idarə rəhbəri cəmləyərək müəyyən məsələlərdə onlardan istifadə edirlər. Hazırda bütün rayon onlardan danışır. Hətta, bir pul narazılığı da var.

Pulun miqdarının belə adı çəkilir.

Vəziyyət o yerə çatıb ki, icra başçısı Vidadi İsayev artıq onun bu hərərkətlərinə dözmək istəmir. Hətta icra başçısı başqa alternativlərə əl atır, öz kadrının yetişməsi üçün çaba göstərir. 

Məlumat üçün qeyd edək ki, bəzi mətbuat orqanlarında Bərdənin icra başçısı Vidadi İsayevin müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Nəcəb qızı Şadlinskaya  daha rahat hərəkət etməsi üçün icra aparatındakı işindən ərizəsinə əsasən çıxmış, hazırda rayonda YAP sədri vəzifəsində çalışmaqdadır. Elə bir imic yaratmışdır ki, heç bir qadın o işə getmək istəmir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bənzər yazılar

0.36425590515137