Ələt-Astara avtomobil yolunda QƏZA: ÖLƏN VAR

 06-03-2023

Ələt-Astara magistral avtomobil yolunda avtomobil aşıb.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə yolun 101-ci kilometrliyində qeydə alınıb.

Qəza nəticəsində Füzuli rayon sakini 2001-ci il təvəllüdlü Əliyev Kənan Elşad oğlu ölüb.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.42980694770813