Bakıda avtomobil qadını vuraraq ÖLDÜRÜB

 06-03-2023

Bakıda avtomobil qadını vuraraq öldürüb.

“Report” xəbər verir ki, hadisə martın 6-da paytaxtın “Zabrat dairəsi”nin yaxınlığında qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Qasımov Ramiz Elşad oğlu etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1966-cı il təvəllüdlü Abbasova Zeynəb Qəşəm qızını vurub.

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bənzər yazılar

0.45347499847412