ABŞ-ın “Çikaqo Fayr” futbol klubu Türkiyə milli komandasının hücumçusu Cenk Tosunu heyətinə qatmaq məqsədi ilə “Beşiktaş” klubu ilə danışıqlar aparır.
Belə ki, “Çikaqo Fayr” 31 yaşlı futbolçuya görə 9 milyon dollar ödəməyə hazırdır.
Qeyd olunur ki, “Ağ-qara”ların Cenk Tosunla olan müqaviləsi mövsümün sonunda başa çatır.
Cenk Tosun bu mövsüm “Beşiktaş”ın heyətində 23 oyuna 12 qol vurub, 2 məhsuldar ötürmə edib.
Mənbə: NTV