Zaqatalada sexdə YANĞIN OLUB

 04-03-2023

Zaqatala rayonununda sexdə yanğın baş verib.

Milletinsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Halla Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Aşağı Tala kəndində ümumi sahəsi 150 m² olan mühərrik yağlarının təkrar emalı sexinin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və içərisində hər birinin tutumu 120 litr olan 2 ədəd mühərrik yağı ilə dolu çəllək yanıb.

"Sexin qalan hissəsi və içərisində 9 ədəd dolu çəllək yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda qeyd olunub.

Bənzər yazılar

0.45708918571472