Azərbaycanda son sutkada 865 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib

 02-03-2022

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 865 yeni yoluxma faktı qeydə alınıb, 2 044 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 787 367 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 769 746 nəfər müalicə olunaraq sağalıb, 8 167 nəfər vəfat edib, aktiv xəstə sayı 9 454 nəfərdir.

Ölkədə son sutka ərzində 8 487, hazırkı dövrədək isə 6 572 316 test aparılıb.

Bundan başqa, Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 33 853 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 948, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 800, üç və daha çox doza vaksin vurduranların sayı 28 376, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 729 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 051 721, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 302 581, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 788 753, üç və daha çox doza vaksin vurduranların sayı 2 752 545, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 207 842 təşkil edir.

Bənzər yazılar

0.20703411102295