“Əvvəlcə xəstəliyindən xəbərsiz idi”.
Bunu Milletinsesi.info-a açıqlamasında mərhum Xalq artisti Ramiz Novruzun Yeni Yasamaldakı evində vida mərasimində iştirak edən həmkarı Xalq artisti Sabir Məmmədov deyib.
Onun sözlərinə görə, xəstəliyin sonu bəlli idi:
“Biz onun xəstəliyini bilirdik. Özü sonradan xəbər tutdu. Çox çətindir. O qədər amansız xəstəlikdir. Yenə də nikbin olmağa çalışırdı”.
S.Məmmədov qeyd edib ki, Azərbaycan xalqı üçün çox ağır itkidir:
“Belə bir aktyorun yenidən doğulması çox çətindir. Başımız sağ olsun”.
Nəzrin Vahid