İngiltərə Premyer Liqasının 24-cü turunda “Mançester Yunayted” “Lester”i qəbul edib.
“Old Trafford”a toplaşan tamaçılar matçda 3 qolun şahidi olublar. Bütün qolları ev sahibi komanda vurub - 3:0.
“Qırmızı şeytan”ların heyətində Markus Reşford dubla imza ataraq qələbədə böyük pay sahibi olub.
Bu nəticədən sonra mankunianlar 49 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıblar. 24 xala malik “Lester” isə 14-cüdür.