Azərbaycanın hansı rayonlarında neçə ballıq ZƏLZƏLƏ OLA BİLƏR? - SEYSMOLOJİ XƏRİTƏ 

 17-02-2023

Türkiyədə dəhşətli zəlzələlər olduqdan sonra ölkəmizdə də belə zəlzələlərin baş verib-verməyəcəyi geniş müzakirə olunur. Bəziləri hesab edirlər ki, Azərbaycan Türkiyədəki zəlzələ əraziləri ilə eyni qırılma xətti üzərində yerləşir. Hətta bunu bölgələrə ayıranlar da var. 

Məsələnin elmi tərəfini öyrənmək üçün mütəxəssisə müraciət etdik.

Bu barədə Baku.ws-ə açıqlama verən ekoloq, seysmoloq Ənvər Əliyev bildirib ki, indi hamı Türkiyədə baş verən zəlzələnin qırılma nöqtəsindən danışır. Əsas məsələ isə bu deyil.

Söhbət Azərbaycanın, Türkiyənin, Suriyanın, Ermənistanın yerləşdiyi Alp-Himalay qurşağından gedir. Burada qırılma, vulkanizm və seysmoloji aktivlik var:

“Bir qədər sadə dillə desək, yerin lavasının üzərində böyük torpaq sahələri hərəkət edirlər. Onlar da bəzən bir-birlərini itələyirlər. Bəzən bir-birilərinin üstünə çıxırlar. Bizim yerləşdiyimiz coğrafi ərazidə bu proseslər gedir. Milyon ildən sonra burada nəhəng dağ əmələ gələcək”.

Azərbaycanın coğrafi baxımdan seysmik xəritəsinə gəldikdə isə, bu, zonalar üzrə 4 kateqoriyaya bölünür.

Birinci kateqoriya 7 ballıq, ikinci 8, üçüncü 9, dördüncü isə 10 ballıq zəlzələlər üçün xarakterikdir.

Birinci kateqoriyaya Ağdam, Füzuli, Beyləqan, Cəbrayıl, Zəngilan, Laçın, Xankəndi, Şuşa, Ağcabədi, Şəmkir, Gəncə, Sumqayıt, Neftçala və Xəzər dənizinin bir hissəsi aid olunur. Həmin bölgələrimiz üçün 7 ballıq zəlzələlərin baş verməsi xarakterikdir.

İkinci kateqoriya 8 ballıq zəlzələlərin aid olunduğu bölgələr daxildir. Həmin ərazilər bunlardır: Astara, Biləsuvar, Saatlı, Şirvan, Zərdab, Ucar, Ağdaş, Göyçay, Bakı, Xırdalan, Mingəçevir, Tərtər aid olunur.

Üçüncü kateqoriya 9 ballıq zəlzələlərin aid edildiyi ərazilərdir və həmin bölgələr bunlardır: Naxçıvan Muxtar Respublikası, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Salyan, İmişli, Kürdəmir, Ağsu, Yevlax, Daşkəsən, Kəlbəcər, Zaqatala, Balakən, Qazax, Ağstafa, Xaçmaz, Quba, Siyəzən.

Dördüncü kateqoriyaya aid edilən ərazilərimiz isə 10 ballıq zəlzələlərlə xarakterizə olunur və aşağıdakılardır:

Şamaxı, Şəki, Qobustan, Qubanın bir hissəsi.

Bənzər yazılar

0.44668292999268