“Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün Abşeron tribunasının B sektorunun biletləri tamamilə satılıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) “Report”a verilən məlumata görə, bu, Filarmoniya tribunasından sonra biletlərin hamısının satıldığı sayca ikinci sektordur.
BŞH-nın Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmalıyev son zamanlar biletlərin satışında müşahidə olunan ciddi artımı tamaşaçıların Bakı yarışına göstərdiyi böyük maraqla əlaqələndirib:
Abşeron tribunası Bakı trekinin ən böyük tribunasıdır. Əldə olunan son məlumata görə, builki Azərbaycan Qran-prisinə ümumilikdə 100-ə yaxın ölkədən bilet alınır. Bu ölkələrin arasında Azərbaycanla yanaşı, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Niderland, Avstriya, Almaniya, İrlandiya, İtaliya, İsrail, Argentina, Hindistan, Amerika Birləşmiş Ştatları, Meksika kimi ölkələr üstünlük təşkil edirlər.
Bilet alışına görə ilk üçlükdə isə Böyük Britaniya, Azərbaycan və Niderland qərarlaşıb.
Qeyd edək ki, yeddinci dəfə keçiriləcək Azərbaycan Qran-prisi 28-30 aprelə təsadüf edəcək.