İspaniyanın “Barselona” komandası sosial media hesabında video paylaşaraq bir daha zəlzələdən zərər çəkən Türkiyə və Suriya üçün ianə çağırışı edib.
Videoçarxda komandanın baş məşqçisi Xavi və bir sıra futbolçular yer alıb.
“Barselona” olaraq bütün dünyaya çağırışımızı təkrar edirik: Türkiyədə və Suriyada zəlzələdən zərər çəkənlər üçün ianə edin”, - paylaşımda qeyd olunub.
Xatırladaq ki, artıq bir neçə gün öncə katalon klubu analoji müraciətlə çıxış etmişdi.
FC Barcelona olarak tüm dünyaya çağrımızı yineliyoruz:
— FC Barcelona (@fcbarcelona_tr) February 14, 2023
Türkiye ve Suriye'deki depremzedeler için hemen bağış yapın pic.twitter.com/A6hU8ms37b